Neftçala və Salyan rayonlarında ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Neftçala və Salyan rayonlarında da ictimai dinləmələr keçiriləcək.

 

Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

 

İctimai dinləmələr 10 mart 2023-cü il tarixində saat 12:00-da Neftçala rayon Mərkəzi Kitabxanasında, Salyan rayonunda isə saat 15:00-da Salyan Tarix Diyarşünaslıq Muzeyində keçiriləcək.