Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovla Xızı rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatlara baxış keçirib.
Vətən müharibəsi şəhidləri Alik İsayevin və Kərim Əliyevin ailələri ilə görüş zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onların xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Nazir şəhidlərin keçdiyi döyüş yolunu əks etdirən guşəylə tanış olub.
S.Babayev ailələrin sosial vəziyyəti ilə maraqlanıb, onların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağını bildirib.
Sonra ailələr üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə icra olunan sosial dəstək tədbirlərinin bir istiqaməti kimi, şəhid ailələri və müharibə iştirakçılarından ibarət 8 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri, təsərrüfatlar qurulub. Məqsəd onların kiçik biznesə yiyələnmələri, bununla sahibkarlığa çıxışına şərait yaradılmasıdır. Hazırda da bu proses davam edir.
Ailələr dövlət tərəfindən digər dəstək tədbirləri ilə də əhatə olunublar. Onlara müvafiq sosial ödənişlər təyin olunub.
Hər iki ailə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, təsərrüfatlarını inkişaf etdirmək üçün çalışdıqlarını bildiriblər.