Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Bəxtiyar Muradovun ailəsini ziyarət edib.
Nazir müavini ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.