Naftalanda vətəndaş qəbulu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev Naftalan şəhərində vətəndaşları qəbul edib. 

 

Qəbulda Naftalan şəhəri və Goranboy rayonunun sakinləri iştirak ediblər. 

 

Müraciətlər əsasən özünüməşğulluq proqramı, işlə təminat, peşə kurslarında iştirak və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

 

Qeyd edək ki, növbəti vətəndaş qəbulu 24 iyun 2022-ci il tarixdə Lənkəranda baş tutacaq. Qəbulda Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinləri iştirak edə bilərlər.