Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduYuxarı sinif şagirdlərinə peşəyönümü məsləhət xidməti göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq filialı və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən iri işəgötürənlərlə görüş keçirilib. Onlara Agentliyin fəaliyyət istiqamətləri və işəgötürənlər üçün nəzərdə tutulan dəstək proqramları barədə məlumat verilib.
Görüşün nəticəsi olaraq işəgötürənlər tərəfindən ofisiant, qeydiyyatçı, aşpaz, texnik, dayə, laborant, ingilis və rus dili üzrə peşə hazırlığı kurslarının təşkili üçün müraciət edilib. Əlavə olaraq sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşməsi proqramı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin, 18 saylı Ərazi Məşğulluq Filialı tərəfindən Tərtər rayonu ərazisində yerləşən 1, 2 və 6 saylı şəhər, Seydimli və Qaradağlı kənd orta məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün peşəyönümü məsləhət görüşləri keçirilib.
Şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, müasir əmək bazarında tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. Əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Şagirdlərlə müsahibə və testlər keçirilib.