Naftalanda işəgötürənlərlə əməkdaşlıq istiqamətləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Naftalan Şəhər İcra Hakimiyyəti ilə birgə işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil olunub.

 

Görüşdə İcra Hakimiyyəti tərəfindən Naftalan şəhərində Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülmüş işlər, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Daha sonra işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, “İşəgötürənlə birgə işçilərin əmək haqqının maliyyələşdirilməsi” proqramı, peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri barədə təqdimat edilib, işəgötürənlərin sualları cavablandırılıb.

 

Sonda yeni əməkaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.