Mustafa Abbasbəyli Mingəçevirdə vətəndaşların müraciətlərini cavablandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxslərinin yerlərdə vətəndaş qəbulu prosesi davam edir. Bu dəfə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Mingəçevirdə vətəndaşların müraciətlərini cavablandırıb.

 

Qəbulda müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.