Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli 6 may 2022-ci il tarixdə 10:00-da Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Gəncə şəhəri, Samux və Göygöl rayonlarının sakinləri iştirak edə bilərlər. İşlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətlər cavablandırılacaq.
Qəbula yazılmaq üçün adı qeyd edilmiş rayonların sakinləri 4 may saat 14:00-dək 055-900-18-06 telefon nömrəsinə zəng edə və ya dma@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Qəbul Gəncə şəhəri, Yeni Gəncə qəs., M.Paşayev 1 ünvanında yerləşən Gəncə Peşə Hazırlığı Mərkəzinin inzibati binasında keçiriləcək.