Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzv şirkətləri üçün təşkil etdiyi AHK İmpuls tədbirində fəxri qonaq qismində iştirak edib.
AHK İmpuls tədbiri bu dəfə Azərbaycanda əhalinin məşğulluğu sahəsində dövlət siyasəti mövzusuna həsr olunub. Mustafa Abbasbəyli tədbirdə "Məşğulluq strategiyasının iqtisadi inkişafın təmin edilməsində rolu" adlı məruzə ilə çıxış edib.
Agentlik sədri çıxışında Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, aktiv məşğulluq tədbirləri, aparılan islahatlar, innovativ yeniliklər, həyata keçirilən rəqəmsal layihələr barədə məlumat verib. İşəgötürənlərlə, habelə AHK-Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.
Daha sonra Mustafa Abbasbəyli tədbir iştirakçılarının suallarını cavablandırıb.