"Mühasiblərin Karyera Forumu" keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Gənc Mühasiblər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Mühasiblərin Karyera Forumu" keçirilib.

 

Forumda mühasiblərin karyera və iş imkanları, mövcud çətinliklər və həll yolları istiqamətində panel müzakirələr keçirilib. İştirakçılara Agentlik tərəfindən həyata keçirilən layihələr və görülməsi nəzərdə tutulan işlər, peşə kursları, eyni zamanda, əmək bazarına keçid etməyə hazırlaşan tələbələr, məzunlar, gənclər üçün yaradılan imkanlar barədə məlumatlar verilib. Forumda mühasib peşəsi üzrə kursa cəlb edilən şəxslərə sertifikatlar təqdim edilib.

 

Forumun ikinci hissəsi əmək yarmarkası ilə davam etdirilib. Agentliyin Bakı Regional Məşğulluq filialı tərəfindən təşkil edilən yarmarkaya 17 müəssisə tərəfindən mühasib və mühasib köməkçisi üzrə 36 vakansiya təqdim edilib.