“Mühafizəçi” kursunu müvəffəqiyyətlə bitirən şəxslər iş fəaliyyətinə başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan “Peşəkar” layihəsi çərçivəsində həyata keçirilən “Mühafizəçi” kursunun ilk qrupunu müvəffəqiyyətlə bitirən şəxslər iş fəaliyyətinə başladı.

 

Bir ay davam edən “Mühafizəçi” kursu Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edib.

 

Hazırda yeni qrupa müraciət qəbulu davam edir. Azərbaycan Respublikasının vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan, boyu 170 sm-dən yuxarı, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, minimum orta təhsilli kişi namizədlər kursda iştirak üçün müraciət edə bilər.

 

Qeyd olunan tələblərə uyğun şəxslər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Ərazi Məşğulluq filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər. 

 

İştirakçılar xüsusi təlim keçdikdən sonra sertifikat əldə edəcək və işlə təmin olunacaqlar.

 

Qeyd edək ki, kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilir.

 

alt text