Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət-özəl əməkdaşlığı çərçivəsində peşə hazırlığı kurslarının təşkili məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələrin qiymətləndirilməsi komissiyasının növbəti iclası keçirilib.
İclasda 13 yeni müəssisənin, (“Ellin” MMC, “Barattson” MMC, “Global Marketing Agency” MMC, “Baku Life” MMC, “Social Innovation Lab” MMC, “Safety and Maritime Training” MMC, “10 Line Azerbaijan” Təlim Mərkəzi, “Maximum Education Consulting” MMC, Müasir Psixologiya Mərkəzi, “Edtesk” MMC, “İşartı” MMC, “Baku Design Academy” MMC, “İndustrial Support Training Services” MMC) eləcə də təkrar müraciət edən 5 müəssisənin (“HR Option" MMC, “Alishovs Education” MMC, “Headvvay LD” MMC, “Dadashsoy Group” MMC, “Deutsches Bildungszentrum - Alman Təhsil Mərkəzi”, Lingva Tədris Mərkəzi) müraciətlərinə baxılıb.
Komissiya üzvlərinə müəssisələrdə tədris olunacaq peşə və ixtisaslar, eləcə də peşə hazırlığının təşkili üçün müəyyən olunmuş inzibati-bina, maddi-texniki baza, pedaqoji heyət, təlim-tədris prosesi haqqında ətraflı məlumat verilib, regionlardan müraciəti daxil olan müəssisələrin prioritet hesab olunması məsələləri müzakirə olunub.
Müraciətlərinə baxılan müəssisələrlə peşə hazırlığının təşkilində qarşılıqlı əməkdaşlığın qurulması məqsədəuyğun hesab edilib.