Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“Facemark” MMC, “Business Management School” MMC və “HR Option” MMC-nin təşkilati dəstəyi ilə Milli İnsan Resursları Forumu baş tutub.
“Axına qarşı” şüarı ilə keçirilən forumda insan resursları sahəsində tanınmış rəhbər şəxslər, peşəkarlar, dövlət rəsmiləri, iş adamları və sahibkarlar iştirak edib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəylinin açılış nitqi ilə başlayıb. Daha sonra iki panel olmaqla doqquz spiker və iki moderatorun çıxışı ilə davam edib.
Tədbirdə eyni zamanda Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan, bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq “Əmək münasibətləri və məşğulluq altsistemi”nin (ƏMAS) təqdimatı baş tutub. Altsistemin əmək münasibətlərinə gətirəcəyi yeniliklər, işəgötürən və işaxtaranlar üçün üstünlüklərindən danışılıb.
Panellərdə isə "Ölkəmizin əmək bazarında yeni imkanlar və perspektivlər", "Effektiv komanda idarəçiliyi və loyallıq" mövzuları müzakirə edilib.