Ağsuda vətəndaşların məşğulluq xidmətləri ilə bağlı müraciətləri cavablandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxslərinin ayrı-ayrı rayonlarda vətəndaş qəbulu prosesi davam edir.

 

Bu dəfə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Ağsuda vətəndaşların müraciətlərini cavablandırıb, onların təklif və fikirlərini dinləyib.

 

Müraciətlər əsasən işlə təminat, özünüməşğulluq proqramından yararlanma və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub. Səsləndirilən məsələlər üzrə suallar cavablandırılıb, araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.