Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduŞəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatına dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na başlanmasından artıq üç ay ötür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona ötən dövr ərzində artıq 497 işəgötürən qoşulub. Onlardan 261-i dövlət, 236-sı özəl müəssisələrdir.
Həmin işəgötürənlər tərəfindən elektron sistemə 2349 vakansiya təqdim edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında işlə təmin olunanların sayı isə 659-a çatıb. Onlardan 542-si qazi, 117-si şəhid ailəsi üzvləridir.
“Məşğulluq marafonu” şəhid ailəsi üzvləri və qazilərin məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına şərait yaradır.
Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.