Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin dəstəyi və “Birgə və sağlam” İctimai Birliyinin təşəbbüsü ilə “Birgə və Sağlam” layihəsinə start verilib.
Layihənin məqsədi autizmli uşaqları böyüdən qadınların asudə vaxtlarının daha səmərəli keçirilməsinə şərait yaratmaq və məşğulluq imkanlarını genişləndirməkdir.
Layihə çərçivəsində iştirakçılar özünüməşğulluq proqramına cəlb edilərək təlimlərdə iştirak edəcək. Sonra isə uğurlu biznes plan tərtib edən qadınlara Dövlət Məşğulluq Agentliyi tərəfindən müxtəlif zərflər üzrə aktivlər təqdim ediləcək.
Aktivlərlə təmin ediləcək şəxslərin fəaliyyət göstərməsi üçün “Birgə və sağlam” İctimai Birliyi tərəfindən xüsusi yer ayrılacaq.
Artıq layihə iştirakçılarının seçimi aparılıb və yaxın zamanda təlimlərə start veriləcək.