Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinə qoşulmaq üçün 2022-ci il üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.
Layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır. İcrası zamanı işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, Vətən müharibəsi əlilləri, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və digər kateqoriyalardan olan şəxslərə üstünlük verilir.
“Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi çərçivəsində aşağıda qeyd olunan istehsal və xidmət sahələri üzrə də kiçik bizneslərin qurulmasına dəstək göstərilir:
1 |
Avtoçilingər xidmətləri |
14 |
Döşəmə və parket cilalanması xidməti |
2 |
Avtoelektrik xidmətləri |
15 |
Poliqrafiya xidməti |
3 |
Avtomobil şinlərinin bərpası və təmiri xidmətləri |
16 |
PVC qapı və pəncərə istehsalı |
4 |
Avtoyağlama xidmətləri |
17 |
Qadın gözəllik salonu |
5 |
Avtotəmizləmə xidmətləri |
18 |
Kiçik dərzi sexi |
6 |
Ayaqqabı təmiri və istehsalı |
19 |
Un məmulatları istehsalı |
7 |
Broyler inkubatoru |
20 |
Aqroturizm |
8 |
Kiçik dəmirçi sexi |
21 |
Telefon təmiri |
9 |
Dönərxana |
22 |
Çatdırılma xidməti |
10 |
Kiçik dülgər sexi |
23 |
Avtorəngsaz |
11 |
Kiçik foto atelye |
24 |
Xalça yuma xidməti |
12 |
İstixana biznesi |
25 |
Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti |
13 |
Kişi bərbərxanası |
26 |
Su sızması aşkarlama xidməti |
Layihədə iştirak etmək üçün www.e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin saytında yerləşdirilən “Layihələr üzrə müraciət forması”nı doldurmaqla, (https://docs.google.com/forms/d/e/1FAIpQLSeDl538oxiQUw1WxvKDB-CRF61efuHjjyobKsip9eI_bWrbpw/viewform) və ya Bakı şəhəri üzrə DOST Mərkəzlərinə, rayonlar üzrə isə Ərazi Məşğulluq filiallarına müraciət edərək qeydiyyatdan keçmək mümkündür.
Layihəyə müraciət qaydası barədə https://youtu.be/ANZ9qbnZ1IA təlimat videosu vasitəsilə və ya 142 - Çağrı mərkəzinə zəng etməklə də ətraflı məlumat əldə etmək olar.