“Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə 2022-ci il üçün müraciətlərin qəbuluna başlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinə qoşulmaq üçün 2022-ci il üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

 

Layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır. İcrası zamanı işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, Vətən müharibəsi əlilləri,  keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və digər kateqoriyalardan olan şəxslərə üstünlük verilir.

 

“Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi çərçivəsində aşağıda qeyd olunan istehsal və xidmət sahələri üzrə də kiçik bizneslərin qurulmasına dəstək göstərilir:

 

1

Avtoçilingər xidmətləri

14

Döşəmə və parket cilalanması xidməti

2

Avtoelektrik xidmətləri

15

Poliqrafiya xidməti

3

Avtomobil şinlərinin bərpası və təmiri xidmətləri

16

PVC qapı və pəncərə istehsalı

4

Avtoyağlama  xidmətləri

17

Qadın gözəllik salonu

5

Avtotəmizləmə xidmətləri

18

Kiçik dərzi sexi

6

Ayaqqabı təmiri və istehsalı

19

Un məmulatları istehsalı

7

Broyler inkubatoru

20

Aqroturizm

8

Kiçik dəmirçi sexi

21

Telefon təmiri

9

Dönərxana

22

Çatdırılma xidməti

10

Kiçik dülgər sexi

23

Avtorəngsaz

11

Kiçik foto atelye

24

Xalça yuma xidməti

12

İstixana biznesi

25

Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti

13

Kişi bərbərxanası

26

Su sızması aşkarlama xidməti

 

Layihədə iştirak etmək üçün www.e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin saytında yerləşdirilən “Layihələr üzrə müraciət forması”nı doldurmaqla, (https://docs.google.com/forms/d/e/1FAIpQLSeDl538oxiQUw1WxvKDB-CRF61efuHjjyobKsip9eI_bWrbpw/viewform) və ya  Bakı şəhəri üzrə DOST Mərkəzlərinə, rayonlar üzrə isə Ərazi Məşğulluq filiallarına müraciət edərək qeydiyyatdan keçmək mümkündür.

Layihəyə müraciət qaydası barədə https://youtu.be/ANZ9qbnZ1IA təlimat videosu vasitəsilə və ya 142 - Çağrı mərkəzinə zəng etməklə də ətraflı məlumat əldə etmək olar.