"Məktəbim" layihəsi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və UAFA təşkilatının əməkdaşlığı çərçivəsində Azərbaycanda məktəbəqədər təhsil xidmətlərinin davamlılığını təmin edən “Məktəbim” proqramı yekunlaşıb. 

 

Birgə əməkdaşlığa əsasən Dövlət Məşğulluq Agentliyi tərəfindən kiçik sahibkar olaraq icma əsaslı məktəbəqədər təhsil qrupları yaratmaq niyətində olan xanımlar UAFA-nın proqramına cəlb edilib.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən bu namizədlərin qanunamüvafiq formada layihəyə uyğunluq monitorinqi aparılıb və 16 müxtəlif rayon və şəhər üzrə 50 iştirakçı seçiilib. 

 

Layihə çərçivəsində müvafiq avadanlıqlarla təmin edilən və öz bizneslərinə başlayan vətəndaşlara əlavə olaraq 1000-dən çox uşaq inklüziv məktəbəqədər təhsil ilə əhatələnib.