“Məktəbim” layihəsi iştirakçılarına aktivlərin paylanmasına başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birgə həyata keçirdiyi “Məktəbim” layihəsi iştirakçılarına aktivlərin paylanmasına başlanılıb.

 

Qadınların özünüməşğulluq proqramına cəlb edilməsinə dəstək məqsədi daşıyan bu layihə çərçivəsində işsiz qadınlara məktəbəqədər təhsil müəssisəsini qurmaq üçün lazım olan avadanlıqlar təqdim edilir.

 

İlkin mərhələdə layihə iştirakçıları təlimlərə cəlb olunaraq məsləhət xidmətlərindən faydalanıb və biznes plan tərtib edib. Təlimləri uğurla başa vuran şəxslər sahibkarlıq fəaliyyətinə başlamaq üçün lazımi mal və materiallarla təmin olunurlar.