Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Medianın İnkişafı Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev həm işəgötürənlərə, həm də işsiz şəxslərə yönəlmiş məşğulluq tədbirləri barədə məlumat verib. Bildirilib ki, media subyektlərinin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları vakansiya bankına daxil etmələri qısa zaman ərzində uyğun namizədlərin münasib vakansiyalara yönləndirilməsinə və işəgötürənlərin ehtiyaclarının ödənməsinə gətirib çıxarır.
Həmçinin görüşdə il ərzində müəyyən edilən kvota üzrə media sahəsində gənclərin məşğulluğunun təmin edilməsi və işəgötürənlərə dəstək məqsədilə birgə maliyyələşmə proqramının icrası, peşə hazırlığı istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Daha sonra Media Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində işəgötürənlərə dəstək məqsədilə imzlanan çoxtərəfli əməkdaşlıq memorandumu çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Media subyektlərində kadr potensialının artırılmasına dair həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz