Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində şəhid ailəsi və Vətən müharibəsi veteranları üçün yaradılan kiçik təsərrüfatlara növbəti mediatur təşkil edib.
Bu dəfə jurnalistlər Şirvan şəhəri, Salyan və Neftçala rayonlarında şəhid ailəsi və müharibə veteranları üçün yaradılan biznes sahələri ilə tanış olublar.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, veteranların sosial dəstəklə təminatı tədbirləri sırasında məşğulluq istiqaməti böyük əhəmiyyət daşıyır. Bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və müharibə veteranlarından ibarət 13 400 şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 8 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb.
Media nümayəndələri özünüməşğulluq proqramı əsasında Şirvan şəhər sakini, müharibə veteranı Rəşad Qəhrəmanov üçün yaradılmış bərbərxana, Salyan rayon sakini, müharibə veteranı İlqar Tağıyev üçün yaradılmış avtorəngsaz xidməti sahəsi ilə tanış olublar.
Neftçala rayonunda şəhid Elmin Nəcəfovun atası Saleh Nəcəfov üçün yaradılan dülgər sexi ilə də tanışlıq olub. Şəhidin atası növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub və öz işini qurması üçün dülgər avadanlıqları ilə təmin edilib.
Proqram iştirakçıları şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin onlara öz kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.