Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”nda iştirak edənlərin sayı hər gün artmaqdadır. Marafona qoşularaq şəhid ailələrinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatına dəstək olan işəgötürənlərin sayı artıq 499-dur.
Korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış edərək mühüm sahədə öz töhfələrini verən həmin işəgötürənlərin 262-i dövlət, 237-si özəl müəssisələrdir.
Onlar tərəfindən elektron sistemə 2388 vakansiya daxil edilib. Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 671 nəfər (o cümlədən 117 şəhid ailəsi üzvü və 554 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.