Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 455-ə çatıb.
Marafona qoşulmaqla şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstəyini ifadə edən həmin işəgötürənlərin 234-ü dövlət, 221-i özəl müəssisələrdir.
Onlar tərəfindən marafona 2044 vakansiya təqdim edilib.
Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da 566-a çatıb ki, onlardan 460-ı qazi, 106-sı şəhid ailəsi üzvləridir.
Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.
Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.