Litva Məşğulluq Xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidmətinin direktoru İnqa Balnanosiyenenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

 

Nümayəndə heyətinin səfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə cari ilin yanvar ayında imzalanan Fəaliyyət Planı çərçivəsində baş tutub.

 

Üç gün davam edəcək səfərin ilk günündə litvalı qonaqlar Dövlət Məşğulluq Agentliyinə gələrək qurumun fəaliyyəti ilə tanış olublar.

 

Litva Məşğulluq Xidmətinin və Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxsləri arasında keçirilən görüşdə hər iki qurumun fəaliyyəti, aktiv məşğulluq tədbirləri, karyera məsləhəti xidmətləri, işsiz şəxslərlə bağlı fəaliyyət mexanizmlərinə dair təqdimatlar edilib.