Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində əmək yarmarkası formatında karyera sərgisi təşkil olunub. Tədbirin əsas məqsədi peşə təhsilli gənclərin məşğulluğunun təminatı, onların ixtisası üzrə əmək bazarında iş tapması və işəgötürənlərin bu prosesə yaxından cəlb edilməsidir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbirə 400-dən çox vakansiya ilə 24 şirkət qatılıb. Karyera sərgisində həmçinin Bakı şəhərində yerləşən 9 peşə təhsil müəssisəsi iştirak edib.
40-a qədər qısamüddətli təlim iştirakçısının və 350-ə qədər peşə təhsil müəssisəsi məzunlarının faydalandığı tədbirdə məzunlara məşğulluq, iş imkanları təklif edilib, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradılıb. Karyera sərgisinə məzunların hazırlaşması üçün peşə təhsil müəssisələri tərəfindən karyera məsləhət xidməti göstərilib.
Tədbirdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov işəgötürən şirkətlərin stendləri ilə tanış olub və şirkət nümayəndələri ilə gənclərin məşğulluğuna gələcək dəstək tədbirləri haqqında fikir mübadiləsi aparıblar. Daha sonra, peşə təhsil müəssisələrinin tələbə və məzunlarının əl işlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbir zamanı peşə təhsil müəssisələri və işəgötürənlərin nümayəndələri arasında iş yerində öyrənmə, gənclərin məşğulluğuna dəstək və birgə layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq üçün müzakirələr aparılıb.