Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi davam edir.
Layihə çərçivəsində növbəti görüş Bakı Regional Məşğulluq filialında baş tutub. Filialın karyera məsləhətçiləri “Vest product marketing” MMC-nin İnsan resursları üzrə nümayəndələri ilə görüşüblər. Görüşdə işəqəbul prosesi, rekruter yanaşmasının uğurlu tətbiqi barədə müzakirələr aparılıb.
Şirkətin nümayəndələri işə qəbul prosesi barədə məlumat verib, karyera məsləhətçilərinin suallarını cavablandırıblar. Həmçinin görüşdə layihənin daha səmərəli əməkdaşlığın qurulması baxımından üstünlüklərindən də bəhs olunub.