Ölkə üzrə “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək.

 

Seminarlar ümumilikdə 11 regionu əhatə edəcək:

 

  • Şirvan–Salyan: 25–29 iyul
  • Lənkəran–Astara: 25–29 iyul
  • Mil-Muğan: 25–29 iyul
  • Dağlıq Şirvan: 25–29 iyul
  • Quba–Xaçmaz: 25–29 iyul
  • Mərkəzi Aran: 1–5 avqust
  • Gəncə–Daşkəsən: 1–5 avqust
  • Şəki–Zaqatala: 1–5 avqust
  • Qazax–Tovuz: 1–5 avqust
  • Abşeron–Xızı: 1–5 avqust
  • Qarabağ: 1–5 avqust

 

Seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar veriləcək.

 

Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir. Maarifləndirmə seminarlarında ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, abituriyentlər, onların  valideynləri və müəllimlər iştirak edə bilərlər.

 

İştirak etmək istəyən vətəndaşlar Regional Məşğulluq filiallarına müraciət edə, 055-659-28-23 nömrəsi ilə əlaqə saxlaya və ya onlayn qaydada aşağıdakı müraciət formasını tamamlamaqla iştiraklarını təsdiqləyə bilərlər. 

 

Müraciət forması: https://docs.google.com/forms/d/e/1FAIpQLSc8giBFV4I_-v_9HEv3XgtTlOgvk-ILHz6XMhW4h6KZvxVjdg/viewform