Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir.
Həmin sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib. Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 206 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.
Doğma yurdlarına qayıdan vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını yaradıb.
Qeyd olunan sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz