Agentlik sədri Bakıda növbəti dəfə vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Bakıda növbəti dəfə vətəndaş qəbulu keçirilib.
 

Vətəndaşların qəbulda iştirak imkanlarının genişləndirilməsi məqsədilə qəbul hibrid formatda - həm fiziki iştirak, həm də onlayn formada təşkil edilib.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun digər fəaliyyət sahələri üzrə müraciət ediblər.

Hər bir müraciət fərdi qaydada araşdırılıb, vətəndaşlar məşğulluq tədbirlərinin icrası qaydaları barədə məlumatlandırılıblar.