İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4300 şəxsin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir.

 

Həmin sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib. Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 206 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.    

   

Doğma yurdlarına qayıdan vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində  öz kiçik təsərrüfatlarını yaradıb.

 

Qeyd olunan sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz