Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən Yasamal, Nizami, Suraxanı və Nəsimi Rayon İcra Hakimiyyətlərinin rəhbər şəxsləri ilə 2023-cü il üçün Ərazi məşğulluq proqramının hazırlanması istiqamətində iqtisadi və sosial inkişaf göstəriciləri ilə bağlı görüş keçirilib. Görüşdə qeyd edilən rayonlarda məşğulluq proqramlarının icrası məsələləri müzakirə edilib, hədəflər müəyyənləşdirilib.
Həmçinin Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar Milli Konfederasiyası ilə birgə rayonda müxtəlif sahədə fəaliyyət göstərən 19 iri işəgötürənin iştirakı ilə dəyirmi masa təşkil edilib. Qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bundan başqa, Filialın nümayəndələri tərəfindən 10-a yaxın işəgötürənlə səyyar görüşlər keçirilib. Onlara əmək münasibətlərində əlçatanlığın, operativliyin və keyfiyyətli xidmətin təmin olunması məqsədilə elektron platformalardan istifadə qaydaları barədə məlumat verilib və Agentliyin xidmətləri barədə təqdimatlar edilib.