İşəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi üçün yerli əlaqələndirmə komitələri ilə görüşlər keçirilir

Dövlət Məşğulluq Agentliyi tərəfindən yerli əlaqələndirmə komitələri ilə görüşlərin keçirilməsinə başlanılıb.

 

Məqsəd işəgötürənlərlə sıx əməkdaşlığın qurulmasında həmin komitələrin rolunun gücləndirilməsi məsələlərinin və bu sahədə görüləcək işlərin birgə müzakirəsidir.

 

İlk görüş  4 və 13 saylı ərazi məşğulluq mərkəzi üzrə əlaqələndirmə komitələrinin sədrləri qismində rayon icra başçılarının müavinləri ilə keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə məlumat verilib.Ərazi məşğulluq proqramlarının icra olunmasında əlaqələndirmə komitələrinin rolu və məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində işəgötürənlərlə sıx əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyəti qeyd edilib.

 

Yerli Əlaqələndirmə Komitələri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinin əsas prioritet kimi qəbul edilməsi diqqətə çatdırılıb. Həmin vətəndaşların işlə təmin olunmasında “Sosial iş yerlərində işçilərin əməkhaqqının birgə maliyyələşdirilməsi” proqramının və bu proqramın icrasında işəgötürənlərin fəallığının gücləndirilməsinin önəmi vurğulanıb.

 

Bu məsələlər, eyni zamanda işsiz və işaxtaranların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan ictimai işlər proqramı üzrə yeni istiqamətlərin yaradılması məsələsi müzakirə edilib.

 

alt text

 

alt text

 

alt text

 

alt text