Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“Dövlət Məşğulluq Agentliyi olaraq funksional istiqamətlərimiz üzrə həm işsiz və işaxtaran şəxslərə, həm də işəgötürənlərə dəstək olmağa çalışır, aktiv məşğulluq tədbirlərinin icrasında özəl sektor ilə əməkdaşlığa üstünlük veririk”. Bu fikirləri “Marsol” MMC-nin partnyor şirkətlərinin rəhbərləri ilə görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.
M.Abbasbəyli bildirib ki, Agentlik dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, yerli və beynəlxalq biznes qurumlar, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Görüşdə, həmçinin birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Sonda Marsol MMC-nin partnyor şirkətləri ilə Dövlət Məşğulluq Agentliyi arasında gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə layihələrin icrası ilə bağlı razılıq əldə edilib.