İşəgötürənlərlə birgə işsiz şəxslərin məşğulluğuna dəstək imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Qazax-Tovuz Regional Məşğulluq filialının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı və Ağstafada “İqtisadi və sosial siyasətin icra edilməsi istiqamətində əmək münasibətlərinin inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi” mövzusunda işəgötürənlərlə görüş keçirilib.

 

Görüşdə işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, yaradılan yeni istehsal müəssisələri, qeyri-formal əmək münasibətlərinin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə edilib. Daha sonra Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən rəqəmsal layihələr və korporativ sosial məsuliyyət tədbirləri barədə təqdimat edilib.  

 

Yekunda işəgötürənlərin sualları cavablandırılıb, qarşılıqlı əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.