Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduVətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək vermək üçün “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artmaqda davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan marafona indiyədək 558 işəgötürən (292-i dövlət, 266-ı isə özəl) qoşularaq 3057 vakansiya təqdim edib.
Həmin vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 906 nəfər (145 şəhid ailəsi üzvü və 761 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!”