Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi və Mil-Muğan Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Beyləqan, Saatlı, Sabirabad və İmişli rayonlarında fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.
Görüşdə işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində Dövlət Məşğulliuq Agentliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
İşəgötürənlərlə qarşılıqlı əməkdaşlıq imkanları və tərəflər arasında münasibətlərin genişləndirilməsinin peşə hazırlığı kurslarının təşkilində əhəmiyyəti müzakirə edilib.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir.