İşəgötürənlər məşğulluq xidmətləri ilə bağlı məlumatlandırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə işəgötürənlərlə görüş keçirilib.

 

İşəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Daha sonra sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, digər məşğulluq tədbirləri, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Sonda Dövlət Məşğulluq Agentliyinin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib.