Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının “Grant Garden” MMC ilə əməkdaşlığı çərçivəsində bağban peşəsi üzrə hazırlıq kursuna start verilib.
Bakı Peşə Hazırlığı Mərkəzində təşkil edilən hazırlıq kursuna 29 işsiz şəxs cəlb olunub. Peşə hazırlığı müddətində ixtisaslı mütəxəssislər tərəfindən müdavimlərə zəruri nəzəri biliklər tədris olunacaq. Bundan əlavə, istehsalat təcrübəsi zamanı onların praktiki bilik və vərdişlərə yiyələnməsi, eləcə də keyfiyyətli və müasir metodlarla təcrübə keçmələrinə şərait yaradılıb.
Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.