Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən keçirilən "İş Klubu” layihəsinin növbəti təlimi başa çatıb.
Sayca 4-cü dəfə keçirilən "İş Klubu" layihəsinin bağlanış mərasimində Agentliyin İnsan resursları departamentinin müdiri Rəna Şərifova işə qəbul və müsahibəyə hazırlıq mövzusunda iştirakçılarla öz təcrübələrini bölüşüb.
Layihə müddətində iştirakçılara "Karyera planlaması", "Əmək bazarının araşdırılması", "İş məqsədlərinin təyini", "CV və rezüme hazırlığı", "İstək məktubunun yazılma qaydaları", "Müsahibəyə hazırlıq qaydaları", "İş təklifinin analizi və işə qəbul prosesi" kimi mövzular ətrafında peşəkar ekspertlər tərəfindən təlimlər keçirilib. Təlim müddətində 15-dən çox layihə iştirakçısı iş müsahibəsinə dəvət alıb.
Sonda layihəni uğurla başa vuran 20 aktiv iştirakçıya sertifikatlar təqdim olunub.