“İş klubu 3” layihəsinə qeydiyyat başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən təşkil edilən “İş klubu 3” layihəsinə qeydiyyat başlayıb.

 

Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq karyera planlaması istiqamətində təlimlərdə iştirak etməklə bərabər, iş axtarışı yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər.

 

Peşəkar ekspertlər tərəfindən iki həftə müddətində iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında məlumatlar ötürüləcək. 

 

Layihənin başlama tarixi: 10 oktyabr 2022-ci il

Son müraciət tarixi: 3 oktyabr 2022-ci il

 

Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.

 

Qeydiyyat linki: https://forms.gle/PFgLrVAes6EWZ9ah6