Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nümayəndələri ilə görüş olub.
Görüşdə Agentliyin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin direktor müavini Fuad Məhərrəmov və Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Yadullah Babayev və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində fəaliyyət göstərən rezidentlər və Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak edib.
C.Quliyev Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, birgə layihələrdən, işsiz və işaxtaran şəxslərin məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən və işəgötürənlərə dəstək məqsədi daşıyan sosial layihələrdən danışılıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin direktor müavin Fuad Məhərrəmov əməkdaşlıqda maraqlı olduqlarını bildirib Qeyd edilib ki, birgə əməkdaşlıq nəticəsində Peşə Təhsil Mərkəzinin inzibati binasında özünəməşğulluq guşəsi yaradıla və işsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək məqsədilə peşə kurslar təşkil edilə bilər.
Həmçinin, görüşdə qarşılıqlı münasibətlərin dərinləşməsi, bu münasibətlərin hüquqi müstəviyə keçirilməsi üçün memorandumun imzalanması barədə də müzakirələr aparılıb.