Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində “İT Learning Centre” MMC tərəfindən “Peşə öyrən, işsiz qalma” devizi ilə təşkil edilən İKT sahəsi üzrə peşə kursu davam edir.
”İT mütəxəssis-proqram təminatçısı və inkişafçısı”, “mobile developer”, “informasiya sistemləri”, “şəbəkə administratoru” peşələri üzrə təşkil olunan hazırlıq kursuna ümumilikdə 43 işsiz şəxs cəlb olunub ki, onlardan 20 nəfəri qazidir.
Tədris müddətində müəllim-pedaqoji heyət tərəfindən iştirakçılara kompüter sistemləri, proqramlaşdırma dilləri, proqram təminatı və sistemləri, şəbəkə texnologiyaları, onların tənzimləmələri və şəbəkə təhlükəsizliyinin əsasları, kiçik və orta ölçülü şəbəkə qurmaq və bu şəbəkələrə dəstək vermək üçün lazımi bilik və bacarıqların təmin olunması, proqram təminatı mühəndisliyi ilə bağlı zəruri bilik və bacarıqlar tədris olunur.
Peşə hazırlığı dövründə müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödənilir və kursu uğurla bitirən şəxslərə Agentlik tərəfindən sertifikatlar təqdim olunacaq və onların məşğulluğunun təmin olunmasına köməklik göstəriləcək.