İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbər şəxsləri və 100-dən çox əməkdaşı İkinci Fəxri Xiyabanda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan qəhrəmanlarımızın məzarını ziyarət edib. 

 

Agentliyin kollektivi ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

 

Agentliyin rəhbər şəxsləri şəhid yaxınları ilə görüşüb, onlara başsağlığı verib.

 

Ziyarət zamanı Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşı Aygün Ramaldanovanın həyat yoldaşı, şəhid polkovnik-leytenant Babək Ramaldanovun məzarına da baş çəkilib.