“İdeya qutusu”nun ilk qalibləri ilə görüş keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək və Agentliyin işində vətəndaş iştirakçılığının artırılması məqsədilə həyata keçirilən “İdeya qutusu” layihəsinin ilk qalibləri ilə görüş keçirilib. Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli layihə təkliflərini yüksək qiymətləndirib və Agentliyin işinə töhfə verdiklərinə görə layihə iştirakçılarına təşəkkürünü bildirib.

 

Qeyd edək ki, “İdeya qutusu” layihəsinə ideyalar üç istiqamətdə qəbul edilir.

 

  • Agentliyin işinin optimallaşdırılması üçün təkliflər,
  • Layihə təklifləri,
  • Özünüməşğulluq zərflərinin təkmilləşdirilməsi üçün təkliflər.

 

Müraciət formasında bu istiqamətlərdən birini seçərək ölkəmizdə məşğulluq xidmətlərindən istifadə zamanı görmək istədiyiniz dəyişiklik təkliflərini qeyd edə, əhalinin məşğulluq səviyyəsinin artırılması üçün layihə təkliflərinizi Agentliyə təqdim edə bilərsiniz.

 

İdeya və ya layihə təklifi qəbul edilən vətəndaşlar bu barədə məlumatlandırılır və həmin şəxslər verdikləri töhfə üçün müvafiq təşəkkürnamə ilə təltif edilirlər.

 

“İdeya qutusu”na müraciətlərinizi aşağıdakı keçid vasitəsilə göndərə bilərsiniz:

 

https://dma.gov.az/layiheler/ideya-qutusu

 

alt text

 

alt text

 

alt text