Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı ölkə üzrə monitorinqləri davam etdirir.
Monitorinqlərdə işsiz və işaxtaran şəxslərin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi, özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyəti, habelə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərin əməyindən səmərəli istifadə üzrə yoxlamalar aparılır.
Cari ilin 6 ayı ərzində filial tərəfindən haqqı ödənilən ictimai işlər üzrə 18 487 iş yeri monitorinq edilib. İlin sonuna kimi ölkə üzrə bütün kvotanın ən azı iki dəfə monitorinq edilməsi planlaşdırılır.
Özünüməşğulluq proqramı üzrə isə 6 ayda 4 244 monitorinq həyata keçirilib. İlin sonuna kimi proqrama ötən il cəlb edilən şəxslərin aralıq və yekun monitorinqləri, cari ildə cəlb olunan şəxslərin isə ilkin yoxlaması həyata keçiriləcək.