Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu həftə Bakı və Gəncə şəhərlərində, eləcə də Qusar, Şəmkir, Yevlax və Tərtər rayonlarında əmək yarmarkaları təşkil edib.
Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən 93 işəgötürən iştirak edib və 830-dan çox vakansiya təqdim olunub.
Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Bakıda təşkil olunmuş yarmarkada Mərkəzi Karyera filialı və Bakı Peşə Hazırlığı Mərkəzi, Gəncə və Şəmkirdə keçirilmiş tədbirlərdə Gəncə, Tərtərdə keçirilmiş yarmarkada Qarabağ, Yevlax rayonunda keçirilmiş yarmarkada isə Göyçay Peşə Hazırlığı mərkəzləri öz stendləri ilə təmsil olunublar. İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları və müraciət qaydaları barədə ətraflı məlumat verilib.