Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay və Bakı Peşə Hazırlığı Mərkəzlərində yeni peşə hazırlığı kurslarına start verilib.
Kurslar meyvə-tərəvəz ustası, genişprofilli dəzgahçı və ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar və aşpaz sahələrini əhatə edir. Göyçay, Sabirabad və Hacıqabul rayonu üzrə işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil edilən kurslara 63 işsiz şəxs cəlb edilib.
Müdavimlərə kurs müddətində nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq.
Kursu uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstəriləcək.
Peşə öyrən, işsiz qalma!