Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAvropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən "Gənclərin məşğulluğu və sahibkarlığı üzrə proqramının (EU4Youth) Faza III" layihəsinin açılış mərasimi baş tutub.
Mərasimdə müvafiq dövlət qurumları, Aİ və gənclər sektorunda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli gənclərin məşğulluğunun təmin edilməsi, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi istiqamətində Agentlik tərəfindən görülən işlər, gənclər arasında sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən layihə və proqramlar barədə danışıb.
Tədbir çərçivəsində ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, bu sahədə görülən işlər, həmçinin gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün yaradılmış imkanlar barədə fikir mübadiləsi aparılıb.