Gənclərin məşğulluğu və sahibkarlığı üzrə yeni layihə ilə bağlı görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqı (Aİ)  Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Gənclərin məşğulluğu və sahibkarlığı üzrə proqramının (EU4Youth) Faza III layihəsinin təqdimatı ilə bağlı Aİ nümayəndələri ilə görüş olub.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə ildən-ilə genişlənən aktiv məşğulluq proqramları barədə məlumat verib. Bu proqramların hədəflərindən birinin də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi olduğunu vurğulayıb. Nazir müavini Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən Gənclərin məşğulluğu və sahibkarlığı üzrə proqramın da bu sahədə əhəmiyyətini qeyd edib.


Layihə rəhbəri Thomas Hainlen layihə ilə bağlı fikirlərini diqqətə çatdırıb. Görüşdə proqramın Faza III layihəsinin təqdimatı və ümumi əməkdaşlıq məsələləri müzakirə olunub.